EN

Paşinyan Lukaşenkodan inciyib: "Belarusa getməyəcəyəm"

Ermənistan rəsmiləri Belarusa səfər etməyəcəklər.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən parlamentdə keçirilən hökumət saatında deyib.

O bildirib ki, Aleksandr Lukaşenko rəhbərlikdə olduğu müddətdə bu ölkəyə nə özü, nə də digər ermənistanlı məmur səfərə yollanmayacaq.
Buna səbəb kimi o, Belarus prezidentinin Azərbaycandakı açıqlamalarını göstərib.

Nikol Paşinyan qeyd edib ki, prezident Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatdan çıxsa, nəzəri cəhətdən İrəvanın KTMT-yə münasibətinin dəyişməsi mümkündür.

Eyni zamanda baş nazir vurğulayıb ki, məcburi olaraq Aleksandr Lukaşenko ilə AİB və MDB formatında ünsiyyət qurmalıdır.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
17
bizim.media

10Sources