EN

Baqrata təxribatçı təlimat – “Hədəfləri yeni müharibədir”

Revanşist keşiş Baqrat Qalstanyan və tərəfdarlarının təxribata gedəcəyi əvvəlcədən məlum idi.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan revanşist hərəkatın İrəvanda törətdiyi təxribatı şərh edərkən deyib.

“Baş verənlər qəribə deyil, çünki biz bir din xadimi ilə yox, başqa ölkənin vətəndaşı, revanşist, alverçi ilə məşğuluq. Əcnəbi ağaları onun vasitəsilə ölkəmizə yeni müharibə gətirməyi, Ermənistanı quberniyaya çevirməyi hədəfləyirlər. Bu baş verməyəcək. Biz dini sistemin, geriliyin və oğruların demokratiyaya, müstəqilliyə, tərəqqiyə qalib gəlməsinə imkan verməyəcəyik”, - nazir bildirib.

Dünən axşam saatlarında Qalstanyan və dəstəsi İrəvanda vəziyyəti gərginləşdirib, etirazçıların polislərə hücumu qarşıdurmaya səbəb olub. Nəticədə 17-si polis olmaqla 100-dən çox insan yaralanıb. 100-ə yaxın etirazçı saxlanılıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
124
teleqraf.com

1Sources