EN

Kərim görün kiminlə duet OXUMAQ İSTƏYİR: “200 min verib…”

“O insanla nəyinki görüşmək, hətta arzumdur, onunla 200 min verib duet oxumaq istəyirəm”.

Busaat.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov “Rəngarəng səhər” verilişində deyib.

İfaçı Türkiyəli sperulduz Tarkanla duet arzusundan danışıb:

“Pul yığıb Tarkanla duet oxuyacağam. Sözün əsl mənasında istəyirəm, həmişə də istəmişəm. Eybi yoxdur, keçəcəm 200 minimdən, onunla duet oxuyacağam”.

Qeyd edək ki, son zamanlar azərbaycanlı ifaçıların Türkiyəli sənətçilərlə ödəniş qarşılığında duet oxumaları olduqca artıb.

Belə ki, bir neçə ay öncə gənc ifaçı Arzuxanım Bərdəli Türkiyəli ulduz ifaçı Ferhat Göçerlə 10 min dollar qarşılığında duet oxuyub. Ondan bir müddət sonra isə müğənni Vəfa Şərifova Sərdar Ortacla 50 min dollar qarşılığında işbirliyinə imza atıb.

Chosen
98
busaat.az

1Sources