EN

Paşinyanın təhlükəsizliyi gücləndirilir

Hakimiyyət baş nazir Nikol Paşinyanın təhlükəsizliyini gücləndirməyə davam edir.

Modern.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Qeyd edilib ki, baş nazirin ofisi yeni mühafizə sistemi - binanın daxilində quraşdırılmalı olan videoçəkiliş sistemi alıb.

Bu sistem üçün dövlət büdcəsindən 6 milyon 366 min dram ayrılıb. Texniki göstəricilərinə görə, sistem təkcə təsviri deyil, səsi də qeydə alır.

Xatırladaq ki, İrəvanda vəziyyət gərgin olaraq alır. Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi etirazçılar dünən gecə polislə toqquşmaya gediblər. Nəticədə 100-ə yaxın etirazçı saxlanılıb, xeyli yaralanan var.

Müxaliflər bu gün də etiraz aksiyalarına çıxıblar. Onlar baş nazirin istefa verməsini tələb edirlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
31
1
modern.az

2Sources