EN

“Türkiyədəki iqtisadi çətinlikləri faciəli durum kimi təqdim etmək doğru deyil...”

“Ekonomik durumu nəzarətə almaq tədbirləri ilə bağlı hökümət proqramı var və elan olunub ki, ilin sonuna qədər inflyasiya tək rəqəmə düşəcək...”
 
“Bəli, Türkiyə iqtisadi çətinliklər yaşayır, amma bundan faciəli durum kimi bəhs etmək doğru deyil. İnflyasiya, bahalaşma var, hökümət bəlli planlarla onun qarşısını almaq üçün tədbirləri görür və nəticələr də alınır. İqtisadi proqramların həyata keçirilməsi prosesi gedir”. 
 
Bunu Moderator.az-a açıqlamasında hazırda Türkiyədə fəaliyyət göstərən  journalist, professor Qafar Çaxmaqlı qardaş ölkədəki ağır iqtisadi durumdan bəhs edərkən söyləyib.
 
“Türkiyə böyük, qüdrətli ölkədir, dövlətdir və onun bu çətinliklərin öhdəsindən də gələcəyinə mənim də inamım var... Türkiyədə ekonomik durumu nəzarətə almaq tədbirləri ilə bağlı hökümət proqramı var və elan olunub ki, ilin sonuna qədər inflyasiya tək rəqəmə düşəcək. Hər halda bu durumun aradan qaldırılması üçün qərarlılıq var, dövlətin resurs və potensialı yaxın müddətlərdə iqtisadi-sosial vəziyyətin yaxşılaşacacağına ümidləri artırır”, - deyə davamında professor vurğulayıb.
 
S.Laçın
 
Chosen
212
moderator.az

1Sources