EN

“Bayern” portuqaliyalı futbolçu üçün yeni təklif hazırlayır

“Bayern” “Fulhem”in yarımmüdafiəçisi Joao Palinyanın transferi üçün yeni təklif hazırlayır.



Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi tezliklə yeni təkliflə Premyer Liqa klubuna üz tutacaq.



“Fulhem” daha əvvəl “Bayern”in 40 milyon avroluq təklifini rədd etmişdi. İngiltərə klubunun 28 yaşlı portuqaliyalı futbolçu üçün 70 milyon avro tələb etdiyi bildirilir ki, qarşı tərəf hələ buna razı deyil.



Palinya özü də Almaniyaya köçmək arzusundadır və gələcəyi ilə bağlı vəziyyətin tezliklə həll olunacağına ümid edir.



Poruqaliyalı futbolçu “Fulhem”ə 2022-ci ildə “Sportinq”dan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBayern Joao Palinya

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
komanda.az

1Sources