EN

Ermənistanın 4 partiyası hökuməti AB-yə üzvlüklə bağlı referendumun təşkilinə çağırdı...

“3 ay əvvəl Ermənistanın baş naziri  Nikol Paşinyan Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi qətnaməyə istinad edərək, AB üzvlüyünə namizəd olmaq məsələsinin ictimai müzakirə mövzusuna çevrilməli olduğunu açıqlamışdı...”
 
Ermənistanın 4 qərbyönlü partiyası hökuməti yaxın aylarda Avropa Birliyinə üzvlüklə bağlı referendum təşkil etməyə çağırır. Hər hansı fövqəlmilli struktura və ya birliyə üzv olmaq üçün referendumun keçirilməsi Ermənistanın 2015-ci ildə qəbul edilmiş Konstitusiyasının tələbidir.
 
Moderator.az xəbər verir ki, “Azadlıq” radiosunun erməni bürosunun(“Azatutyun”) yaydığı məlumata görə, sözügedən ictimai təkliflə Ermənistanın “Respublika naminə”, “Xristian-Demokratik”, “Respublika” və “Avropa” partiyaları çıxış edir.
 
“Respublika naminə” partiyasının sədri Arman Babacanyan əmindir ki, 2020-ci il müharibəsi və ondan sonrakı hadisələrdən sonra ictimaiyyət arasında əhval-ruhiyyə kəskin şəkildə dəyişib.
 
Hökumət hələ də qərbyönlü təklifə açıq şəkildə cavab verməyib. İcra hakimiyyətindən hökumətin bu məsələdə mövqeyi ilə bağlı yazılı sorğu göndərilməsi tələb olunub.
 
3 ay əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi qətnaməyə istinad edərək, AB üzvlüyünə namizəd olmaq məsələsinin ictimai müzakirə mövzusuna çevrilməli olduğunu açıqlamışdı . Ermənistan hakimiyyəti, ən yüksək səviyyədə, o cümlədən baş nazir dəfələrlə bəyan edib ki, İrəvan Birliyin icazə verdiyi qədər Avropa Birliyi ilə yaxınlaşmağa hazırdır. Lakin hökumət heç vaxt Avropa ailəsinin üzvü olmaq istədiklərini birbaşa deməyib. Milli Assambleyanın spikeri Alen Simonyan İrəvanın AB üzvlüyünə namizəd olmağa hazır olduğunu aylar əvvəl elan etdiyini bildirib.
 
“Bəs Avropada baş verən siyasi dəyişikliklər fonunda, Avropa ekspansiyasına qarşı çıxan ifrat sağçı qüvvələrin Avropa Parlamentinə seçkilərdə ciddi uğur qazanması fonunda Ermənistanın Avropa İttifaqına üzv olması perspektivi realdırmı ? Hakimiyyətə referendumu təklif edən siyasi qüvvələr bunun real olduğuna əmindirlər”, -“Azatutyun”un materialında belə deyilir.
 
S.Laçın 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
moderator.az

1Sources