EN

Yunanıstanda rekord istilər səbəbindən məktəblər bağlanıb...

…Yunanıstanda rekord dərəcədə istilik dalğası yaşanır. Belə ki, gündüzlər istinin dərəcəsi...hələ kölgədə 43 dərəcəyə çatır. Paytaxt da daxil olmaqla bir sıra bölgələrdə artıq məktəblər bağlanıb.

Yunanıstanın Əmək Nazirliyi müəssisələrə mümkün olduqda işçiləri uzaqdan işə köçürməyi tövsiyə edir.

Çərşənbə günü Mədəniyyət Nazirliyi Afinanın əsas turistik məkanı olan Akropolun ən isti saatlarda, günortadan axşam saat 5-ə qədər, növbəti xəbərdarlığa qədər turistlər üçün bağlı olacağını açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu, Yunanıstandaanormal istilərin ilk dalğasıdır. Meteoroloqlar qeyd edirlər ki, belə dalğalar əvvəllər yayın ortalarında baş verib, lakin istilər heç vaxt iyunun 15-dən əvvəl gəlməyib. Ən azı üç gün davam edən 38 dərəcədən yuxarı yay temperaturu Yunanıstan üçün anormal sayılır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
sia.az

1Sources