Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib
"Şübhəsiz ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95 faizi heç azərbaycanlı deyil. Qəribədir ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı həm də uğurlu meyxana ustası Baləli yetişdirir. Əslində adlar meyxana qafiyyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Baləlinin Trendyolun açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib və bunların 900 mini rəy yazaraq öz sevgisini izhar edib. Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-da uğurlu insan Səbzəli, Azərbaycanda isə Baləli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Baləli müəllimə də can sağlığı!" - deputat əlavə edib.
10Sources
-
tezadlar.azBALƏLİ VƏ SƏBZƏLİ- FAZİL MUSTAFA YAZIR ( 7598882)
-
kulis.azSelfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyi və Baləlinin qələbəsi - Millət vəkili ( 7571359)
-
hurriyyet.azDeputat: "Səbzəli açıq-aşkar Baləliyə uduzur" ( 7569229)
-
gender.azDeputat: "Səbzəli açıq-aşkar Baləliyə uduzur" ( 7569208)
-
demokrat.azDeputat: "Səbzəli açıq-aşkar Baləliyə uduzur" ( 7569169)
-
pravda.azDeputat: "Səbzəli açıq-aşkar Baləliyə uduzur" ( 7568188)
-
buta.tvBaləli bizə, Səbzəli ABŞ-a: birinə rəhmət, digərinə… ( 7568005)
-
buta.tvBaləli bizə, Səbzəli ABŞ-a: birinə rəhmət, digərinə… ( 7567948)
-
axar.azBaləli bizə, Səbzəli ABŞ-a: birinə rəhmət, digərinə… ( 7567750)
-
musavat.comBALƏLİ VƏ SƏBZƏLİ - DEPUTATDAN TƏSİRLİ YAZI ( 7563871)