EN

Qalkinin qardaşın şirkətində axtarış – Sursat istehsal edir


Rusiyalı gülüş ustası Maksim Qalkinin böyük qardaşı Dmitri Qalkinin şirkətində axtarış aparılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
RBK-nın həmsöhbətinin sözlərinə görə, Dmitri Qalkinin şirkəti zirehli transportyorları yenidən təchiz edilməsi ilə məşğuldur.
“112” teleqram kanalı yazır ki, Dmitri Qalkinin Rublevskoye şosesindəki evində aparılan axtarış Rusiya Müdafiə Nazirliyində oğurluqla bağlı cinayət işi ilə bağlıdır. Teleqram kanalının məlumatına görə, onun şirkəti hərbi idarənin podratçısı olub. Axtarış zamanı Qalkinin elektron cihazları götürülüb.
Xatırladaq ki, Maksim Qalkin Rusiyanın Ukraynaya geniş miqyaslı işğalı başlayandan sonra dəfələrlə müharibənin əleyhinə çıxış edib. 2022-ci ildə o, həyat yoldaşı Alla Puqaçova ilə İsrailə gedib. Həmin ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi Qalkini “xarici agent” elan edib. Bundan sonra Puqaçova yoldaşını dəstəkləyən yazı dərc edərək, onu da “sevimli ölkəsinin xarici agentləri sırasına” daxil etməyi xahiş edib. O, Rusiyanın vətənpərvər olan yoldaşı ilə həmrəy olduğunu və ölkəsinə dinc həyat arzuladığını və xəyalpərəst məqsədlər üçün insanların ölümünə son qoyulmasının zəruriliyini yazıb.
Chosen
96
3
yeniavaz.com

4Sources