İstanbulda özəl xəstəxanaya silahlı hücum olub.
Hələlik şəxsiyyəti müəyyən edilməmiş iki nəfər motosikletdə və dəbilqə taxaraq xəstəxanaya güllə yağdırıb.
Hücum zamanı xəsarət alan olmasa da, xəstəxananın foyesindəki pəncərələrə 7 güllə dəyib.
Hücumdan sonra nömrəsiz motosikletlə gələn şübhəlilər hadisə yerindən qaçıblar və hadisə yerinə polis sövq edilib.
İstintaqın ardından polis şübhəlilərin tutulması üçün genişmiqyaslı iş başladıb.(news24.az)