EN

Stoltenberq: Kiyevə silah tədarükü NATO ölkələri üçün məcburi olacaq

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukraynaya silah tədarükü Şimali Atlantika Alyansı ölkələri üçün məcburi olacaq.


Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.


“Əgər biz bunu könüllü təchizatdan NATO qarşısında öhdəliklərə çevirsək, təbii ki, təchizat daha geniş miqyaslı və daha etibarlı olacaq”,- Stoltenberq bildirib.
NATO-nun baş katibi qeyd edib ki, Kiyevə silah tədarükü general Kristofer Kavolinin rəhbərliyi altında alyansın komandanlıq strukturları tərəfindən əlaqələndiriləcək.
 

Bundan əvvəl məlum olub ki, NATO ölkələri iyunun 13-də Ukraynaya 40 milyard dollar məbləğində illik hərbi yardım planını təsdiq etməyi planlaşdırır.
 

Xatırladaq ki, may ayında Stoltenberq NATO-nu Kiyevin Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə endirdiyi zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırmışdı.



İnci
Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
43
sfera.az

10Sources