EN

Rusiya sülhməramlıları Xocalını tərk etdi - Hava limanında Azərbaycan bayrağı ucaldı (VİDEO) - YENİLƏNİB

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.

İyunun 11-də Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Mia.az xəbər verir ki, mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib(Report).

Chosen
134
2
mia.az

10Sources