EN

ABŞ-li səfir: "ATACMS" tipli silahlar Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunmamalıdır

ABŞ Ukraynanın ehtiyaclarını qiymətləndirir və yardım siyasətini ona uyğunlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı səfiri Culianna Smit xarici jurnalistlər üçün onlayn brifinqdə deyib.

Vaşinqtonun Kiyevə Amerika istehsalı silahların Rusiya ərazilərinə qarşı istifadə edib-etməməsinə icazə verməsi ilə bağlı sualı cavablandıran ABŞ rəsmisi deyib ki, ABŞ müharibə başlayandan bəri, davamlı olaraq Ukraynanı müxtəlif yollarla dəstəkləmək üçün öz siyasətini qiymətləndirir və ona uyğunlaşdırır.

"Onlar (Ukrayna-red.) ABŞ-yə rusların birbaşa Xarkova və ya onun ətrafına zərbə endirdiyi ərazilərdə Rusiya ərazisini hədəfə alması ilə bağlı sualla gəldilər. Biz bu məlumatları rəhbərliyə ötürdük. Bir neçə həftə ərzində prezident qərar qəbul etdi. Prezident qərar verdi ki, biz bu məsələni dəstəkləyə bilərik. Gələcəkdə nə baş verəcəyini proqnozlaşdırmaq çətindir, lakin burada əsas olan Ukraynadakı dostlarımızla açıq ünsiyyət kanallarını saxlamaq və döyüş meydanında onların real ehtiyaclarını bir daha anlamaqdır və belə halda biz onları irəlidə necə dəstəkləyə biləcəyimizə qərar verəcəyik. Düşünürəm ki, siz Vaşinqtondakı həmkarlarınızdan da eşitmisiniz ki, hazırda uzaqmənzilli "ATACMS" ilə bağlı siyasətimiz odur ki, bu tip silahlar Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə olunmamalıdır. Amma yenə də, dövlət katibi Blinkenin də dəfələrlə dediyi kimi, bu, onların (ukraynalıların - red.) daim inkişaf edən ehtiyaclarını qiymətləndirməyə və uyğunlaşdırmağa davam edəcəyimiz bir prosesdir", - Culianna Smit vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
2
apa.az

3Sources