EN

Qızmar istidən belə qorundular - FOTO

Türkiyədə mövsümi normalardan yüksək temperatur çətin anlara səbəb olub.

News24.az xəbər verir ki, İstanbulda qızmar istilərin təsiri davam edir.

Havaların isti keçməsinə baxmayaraq yerli və xarici turistlər Taksimə axışıb.

Taksim və İstiqlal Prospektində hiss edilən yüksək temperatur səbəbiylə vətəndaşlar çətin anlar yaşayıb.

Sərinləmək üçün müxtəlif üsullara əl atan yerli və xarici turistlərin bir qismi əl sərinkeşləri ilə gəzib.

İstidən boğulan və qrup halında səyahət edən turistlər kölgəli yer taparaq dondurma yeyiblər.

Digər tərəfdən bəzi vətəndaşlar çətirlərlə günəşdən qorunmağa çalışıblar.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
news24.az

1Sources