EN

Nazir: Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 13 faiz artıb

Nazir:

Bakı, 12 iyun, AZƏRTAC

2024-cü ilin yanvar-may aylarında Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz artaraq 1,3 milyard manat olub.

AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev X sosial şəbəkəsində məlumat yayıb.

Nazir qeyd edib ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 13,1 faiz artaraq 5,4 milyard manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
8
azertag.az

10Sources