EN

"Johnson & Johnson" ABŞ ştatlarına 700 milyon dollar ödəməyə razılaşıb

"Johnson & Johnson" ABŞ ştatlarına 700 milyon dollar ödəməyə razılaşıb

ABŞ-ın kosmetika və gigiyenik məhsullar istehsalçısı "Johnson & Johnson" körpə pudrası və digər məhsulların xərçəngə səbəb olması iddiası ilə 42 ştat və paytaxt Vaşinqton tərəfindən aparılan araşdırmaları həll etmək üçün 700 milyon dollar ödəməyə razılaşıb.İstintaq "Johnson & Johnson"un əldə etdiyi razılaşma ilə həll edilib.Şirkət Florida, Şimali Karolina və Texas da daxil olmaqla 42 ştat və paytaxt Vaşinqtonla bağladığı müqavilədə 700 milyon dollar ödəməyə razılaşıb.Lakin "Johnson & Johnson" iddiaları rədd edərək, məhsullarının təhlükəsiz olduğunu və xərçəngə səbəb olmadığını bildirib."Johnson & Johnson" yanvarda sözügedən ştatlarla prinsipial razılığa gəldiyini açıqlamışdı.Digər tərəfdən şirkətə qarşı daha çox yumurtalıq xərçəngi olan qadınların açdığı on minlərlə iddia davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
afn.az

1Sources