EN

Moskvada baba ilə və nəvənin başına ağac aşıb

Rusiyada baba ilə nəvəsi faciəvi şəkildə ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə TASS-a İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların üzərinə ağac aşıb. İlkin məlumata görə, kişi nəvəsi ilə birlikdə parkın ərazisindən keçirmişlər. Yağışlı güclü külək zamanı onlar bir ağacın altına sığınıblar. Ağac parçası onların üzərinə düşüb, ölümə səbəb olan xəsarətlər alıb.

Həmçinin, İstintaq Komitəsinin Baş İstintaq İdarəsi qeyd edib ki, bu faktla bağlı səhlənkarlıq maddəsi ilə cinayət işi açılıb.

Məlumata görə, hadisə yerində müstəntiqlər və kriminalistlər işlərini davam etdirirlər, ağac ekspertiza üçün kəsilir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
ikisahil.az

1Sources