EN

Qarabağdan rusların gedişi başa çatdı

 

  Qarabağda dislokasiya olunan Rusiya Sülhməramlı Qüvvələrinin çıxış prosesi başa çatdı.

  Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, “Rusiya Sülh Qüvvələrinin şəxsi heyəti və texnikası ölkə ərazisini tamamilə tərk etdi”.

  Rusiya hərbçiləri Xocalıdakı hərbi bazanı tərk edərək Xocalı hava limanı qarşısında Azərbaycan bayrağını qaldırması görüntülərini ictimaiyyətlə paylaşıb.

  Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ Müharibəsi Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının 2020-ci il noyabrın 10-da üçqat bəyanatı ilə başa çatmışdı. Bəyannaməyə əsasən, Qarabağda erməni əhalisi olan yaşayış məntəqələrinin və Laçın dəhlizi kimi tanınan Xankəndi-Laçın yolunun təhlükəsizliyini təmin etmək üçün bölgəyə 1960 əsgərdən ibarət Rusiya Sülhməramlı Qüvvələri yerləşdirilmişdi. Beş il müddətində qalacaq Rusiya ordusunun səlahiyyət müddəti 2025-ci il noyabrın 10-da başa çatacaqdı. Rusiya və Azərbaycan başçıları vəzifə müddəti bitməmiş qoşunları bölgədən çıxarmaq qərarına gəliblər.

  Qeyd edək ki, Rusiya Sülhməramlı Qüvvələrinə məxsus zirehli və ağır texnikalar 2024-cü ilin aprelindən bölgəni tərk edirdi.

 



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
trt.net.tr

1Sources