Ermənistan Milli Təhlükəsizlik Xidmətinin snayperləri pəncərələrdən etirazçılara tuşlanıb.
Bu barədə məlumat telegram kanallarında paylaşılıb.
Qeyd edək ki, polis etirazçıları dağıtmaq üçün səs bombalarından istifadə edib.
Polisin qumbaranı partlatması nəticəsində yaralanan 7 nəfər Ermənistan parlamentinin binasından təcili yardım maşını ilə xəstəxanaya aparılıb.