EN

Erməni xüsusi təyinatlıları revanşistlərə divan tutdu - VİDEO

İrəvanda xüsusi təyinatlılar etirazçılara qarşı səs qumbaralar;ndan istifadə edib.

Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, 10-dan çox partlayış səsi eşidilib.

Yaralıların olduğu bildirilir. Bir nəfərin biləyi qoparılıb.

“Qeyri-qanuni güc tətbiq edilə bilməz” - deyə Ermənistanın baş naziri Nikol Paşinyan səs qumbaraatanlardan istifadə edildiyinə dair xəbərlərə cavab olaraq bildirib.

Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bütün məsələləri kənara qoymağa və iclası bitirməyə çağırıb.

Paşinyan isə sualları cavablandırmağa hazır olduğunu bildirib.

“Yarım saat əvvəl olduğu kimi, indi də polis qanunla müəyyən edilmiş funksiyaları ciddi şəkildə, qanuna uyğun olaraq yerinə yetirməkdə davam edir”, - Baş nazir Nikol Paşinyan bildirib.

Polis rəisi Aram Hovhannisyan deyib ki, vəziyyət nəzarətdən çıxıb və bu səbəbdən xüsusi texnikadan istifadə etmək lazım gəlib

Zaur, BakuPost




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
bakupost.az

1Sources