EN

Azərbaycan XİN Küveytə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Küveytə başsağlığı verib.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” platformasında bildirilib.

“Küveytin Manqaf şəhərində onlarla insanın öldüyü və yaralandığı faciəvi yanğın xəbəri bizi dərindən kədərləndirdi.

Biz həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq. Bu çətin anda Azərbaycan qardaş və dost Küveyt Dövlətinin yanındadır”, - qeyd olunub.

Chosen
104
44
aznews.az

10Sources