EN

ABŞ və Ukrayna təhlükəsizlik sazişi imzalayacaq...

ABŞ və Ukrayna iyunun 13-də təhlükəsizlik sazişi imzalayacaq, SİA-nın əldə etdiyi məlumata görə, bunu Ağ Ev bildirib.
...Birləşmiş Ştatlar Ukraynanı qorumaq üçün öz qoşunlarından istifadə etmək öhdəliyi götürməyəcək.

...Vaşinqtonda xəbər verildiyi kimi, Kiyev sazişdə islahatlar aparmaq və aldığı silahlara nəzarət etmək öhdəliyini üzərinə götürür.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan qeyd edib ki, Cozef Bayden Vladimir Zelenski ilə Ukraynaya dəstəyi müzakirə edəcək.

Onun dediyLinə görə, liderlər ikitərəfli saziş imzalayacaqlar.

Qeyd edək ki, ABŞ prezidenti və Vladimir Zelenski daha əvvəl İtaliyada keçiriləcək G7 sammitində görüşmək barədə razılığa gəliblər.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
88
50
sia.az

10Sources