EN

Van Deyk: “Avropa çempionatında ilk oyun həmişə çətin olur”

Hollandiya millisinin müdafiəçisi Vircil van Deyk Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Polşa millisi ilə oyunundan gözləntilərini bölüşüb. Matc.az xəbər verir ki, o, ilk oyunun daha çətin keçdiyini vurğulayıb. “Çətin rəqib, yaxşı oyunçular. Dəqiq bilirəm ki, Almaniyada işimizi çətinləşdirəcək çoxlu polşalı azarkeşlər olacaq. Bu matçda azarkeşlərimizə çox ehtiyacımız var çünki, Avropa çempionatında ilk oyun həmişə çətin olur. Yaxşı hazırlanmaq üçün çox çalışacağıq. İlk oyundakı qələbə növbəti mərhələyə doğru böyük addım olacaq, lakin qarşıda bizi əsl döyüş gözləyir” – deyə van Deyk bildirib. Oyun bazar günü, iyunun 16-da baş tutacaq. Komandalar Hamburqdakı “Volksparkstadion”da qarşılaşacaqlar. Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
86
matc.az

1Sources