EN

Azərbaycan futbolsevərlərinə süpriz: İlk dəfə...

Azərbaycan tarixində ilk dəfə futbol üzrə Avropa çempionatının final oyunu stadiondan şərh ediləcək.

 

Oxu24.com xəbər verir ki, bu barədə Report-a açıqlamasında İctimai Televiziyanın (İTV) İdman Departamentinin rəhbəri Kənan Hakimov bildirib.

O, iyulun 14-də baş tutacaq həlledici matça xüsusi hazırlaşdıqlarını bildirib:

"Çəkiliş qrupumuz bu görüşə yollanacaq. Tural Dadaşov qarşılaşmanı Almaniyanın paytaxtı Berlindəki Olimpiya stadionundan şərh edəcək. Mən və Elnur Əliyev finaldan əvvəl canlı bağlantılar həyata keçirəcəyik. Planlarımız çoxdur. Həmin ab-havanı tamaşaçılara çatdırmağa çalışacağıq".

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
1
oxu24.com

2Sources