EN

MOSKVADA METRO XƏTTİNƏ AĞAC AŞIB

Paytaxt metrosunda bənövşəyi xəttdə nasazlıq yaranıb. Əlverişsiz hava şəraiti, güclü külək və yağış səbəbindən yolda ağac aşıb.

Tezadlar.az xəbər verir ki, Moskva Nəqliyyat Departamentinin mətbuat xidmətinin məlumatına görə, metronun “Tekstilşçikov” stansiyasından Kotelnikova qədər nəqliyyat yoxdur. Əks istiqamətdə qatarlar artan intervallarla hərəkət edir. Hadisə yerinə metronun xidmətləri gəlib və tezliklə nəqliyyatın hərəkəti bərpa olunacaq.

Xatırladaq ki, Moskvaya güclü yağış yağıb və küləyin sürəti artıb. Kommunal xidmətlər gücləndirilmiş rejimdə işləyir. Sinoptiklər bəzi ərazilərdə dolu yağacağını proqnozlaşdırır və sakinləri çöldə son dərəcə diqqətli olmağa çağırır.

E.ŞİRİNOV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
tezadlar.az

1Sources