EN

"Microsoft" "Windows 11" yeniləməsini ləğv edir

“Microsoft” şirkəti istifadəçilərin səhvlərlə bağlı çoxsaylı şikayətləri səbəbindən “Windows 11 24H2” yeniləməsinin “Windows Insider” kanalının üzvlərinə paylanmasını dondurub. 

Valyuta.az xəbər verir ki, bu barədə “Registr” məlumat yayıb.

Wi-Fi 7 dəstəyi, "Sudo" və "Rust"un "Windows" nüvəsinə inteqrasiyası və sair daxil olmaqla yeni funksiyaları özündə cəmləşdirən yeniləmə heç bir izahat verilmədən təxirə salınıb. Ehtimal olunur ki, yayımın dayandırılması ciddi texniki problemlər barədə istifadəçilərin şikayətləri ilə bağlıdır.

"Windows Insider"in Proqram Meneceri Brandon LeBlank qeyd etdi ki, komanda fəaliyyətini bərpa etmək üçün çalışır. Şirkət həmçinin xatırladıb ki, bəzi süni intellekt funksiyaları, o cümlədən mübahisəli "Recall", xüsusi "Copilot+" aparatını tələb edir.

Dayandırılmadan əvvəl yeniləməni quraşdırmağa müvəffəq olan istifadəçilər proqramların donması, yavaş performans və VPN xidmətlərində problemlər də daxil olmaqla problemlərlə üzləşib. Bəziləri hətta son yeniləməni "fəlakətli sınaq quruluşu" adlandırıb.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
1
valyuta.az

2Sources