EN

“Qarabağ” Musa ilə bağlı danışıqlara başlayıb

Bir neçə gün öncə yazdığımız xəbər təsiqini tapıb. Sport24.azın əldə etdiyi məlumata görə, "Qarabağ" Musa Qurbanlı ilə bağlı "Yurqorden"lə danışıq aparır. Son ölkə çempionu forvardı "rənglərinə bağlamaq" istəyir.
 
Məsələ ilə bağlı "süvarilər"in mətbuat xidmətinin rəhbəri Anar Hacı ilə əlaqə saxladıq. Klub rəsmisi məlumatı təsiqləyib: "Musa Qurbanlıyla bağlı İsveç klubu ilə danışıqlar gedir. Maksimum çalışırıq ki, keçid tez alınsın. Futbolçunun birdəfəlik transferində maraqlıyıq".
 
Qeyd edək ki, Azərbaycan millisinin də şərəfini qoruyan forvard "Yurqorden"də ümumilikdə 15 matça çıxıb və 1 qola imza atıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
sport24.az

1Sources