EN

İsveç saytı Bakı Enerji Həftəsindən yazıb

İsveç

Stokholm, 12 iyun, AZƏRTAC

Siyasətçilər və xarici ölkələrin İsveçdəki səfirliklərinin əməkdaşları üçün nəzərdə tutulan “Diplomatic World Sweden” internet saytı hər il Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinə məqalə həsr edir.

AZƏRTAC xəbər verir ki, “Azərbaycanın paytaxtı Bakı yenidən enerji innovasiyalarının diqqət mərkəzindədir” sərlövhəli məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Xəzər Neft və Qaz Sərgisi və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisinin rəsmi açılış mərasimində iştirakından bəhs edilir.

Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev çıxışında 30 il əvvəl ilk dəfə keçirilən Xəzər Neft və Qaz Sərgisinin ölkənin enerji transformasiyasında dönüş nöqtəsi olduğunu və bu tədbirin Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynadığını vurğulayıb. O vaxtdan bəri tədbirin miqyası daha da genişlənib və enerji siyasətinin bütün əsas seqmentlərini - neft, qaz, kəşfiyyat və hasilat, nəqliyyat və ixrac və yaşıl enerjini əhatə etdiyi üçün indi Bakı Enerji Həftəsi adlanır.

Müəllif diqqətə çatdırır ki, Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Masdar” şirkəti bu il Azərbaycanda üç günəş və külək elektrik stansiyasının tikintisinə başlayır ki, bu da 2027-ci ilə qədər ölkənin bərpaolunan enerji istehsalını iki giqavata çatdıracaq. Hazırda Şərqi Zəngəzur və Qarabağda həyata keçirilən hidroenergetika layihələri bu məqsədə nail olmağa öz töhfəsini verəcək.

Materialda, həmçinin bu il COP29 iqlim konfransına ev sahibliyi edəcək Azərbaycanın davamlı enerji siyasətinin təşviqində və beynəlxalq əlaqələrin inkişafında liderliyi qeyd olunur.

Məqalənin sonunda vurğulanır: “Bakı Enerji Həftəsi dayanıqlı enerji həllərinə qlobal keçid fonunda tərəqqi və əməkdaşlıq mayakını işıqlandıran enerji sənayesinin transformasiyasına töhfə verməkdə davam edir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
41
azertag.az

1Sources