EN

Rafael Nadal "Uimbldon" turnirində iştirak etməyəcək

İspaniyalı tennisçi, "Böyük Dəbilqə" yarışlarının 22 qat qalibi olan Rafael Nadal bu il keçiriləcək "Uimbldon" turnirində iştirak etməyəcək.

İki sahil "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, bu barədə İspaniya millisinin kapitanı David Ferrer məlumat verib.

38 yaşlı tennisçi iki dəfə - 2008 və 2010-cu illərdə sözügedən turnirin qalibi olub.

Qeyd edək ki, D.Ferrer daha əvvəl Nadalın Paris-2024 Yay Olimpiya Oyunlarında fərdi və həmyerlisi Karlos Alkarasla cütlüklərin yarışında oynayacağını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
1
ikisahil.az

2Sources