EN

Bakı Fond Birjasının dövriyyəsi artıb

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14 milyard 686 milyon 648 min 891 manat təşkil etmişdir. Birjasda 2023-cü ilin yanvar-may ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 milyard 334 milyon 402 min 343 manat təşkil etmişdi. 

Birjanın yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 42%, dövlət qiymətli kağızların ticarət həcmində isə 31%, repo əməliyyatları üzrə 221% artım olmuşdur. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 123% artım qeydə alınmışdır.

2024-cü ilin May ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyon 811 min 684 manat təşkil etmişdir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
2
marja.az

1Sources