“Turan Tovuz”dan ayrılan Ayxan Abbasov tezliklə “Şamaxı” ilə rəsmi müqavilə imzalayacaq.
QOL.az saytına açıqlamasında mütəxəssis bölgə təmsilçisi ilə bütün məsələlərdə razılaşdıqlarını bildirib:
“Yəqin ki, bu həftə rəsmi müqavilə imzalayacağıq. Artıq danışıqlar yekunlaşıb. Bütün məsələlərdə razılıq əldə olunub. Bircə qalıb sözləşməni rəsmiləşdirmək”.
Xatırladaq ki, I Liqada çempion olan “Şamaxı” yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq. Komanda bir neçə gün əvvəl baş məşqçi Ramiz Məmmədovla yollarını ayırıb.
Bizi Facebookda izləyin