EN

Lavrov "yaxın gələcəkdə" Donbasa səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “çox yaxın gələcəkdə” Donbasa səfər etmək niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə o, valideynləri döyüş əməliyyatları nəticəsində həlak olmuş mariupollu uşaqlarla görüşündə deyib.

“Ümid edirəm ki, yaxın vaxtlarda ora baş çəkəcəyəm və Xarici İşlər Nazirliyinin nümayəndəliklərində çalışan uşaqlarla söhbət edəcəyəm”, - deyə rusiyalı diplomat bildirib.

Lavrov həmçinin ön cəbhədə olan insanlarla görüşəcəyini də qeyd edib.

Chosen
113
50
publika.az

10Sources