EN

Məktəblərdə psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı imtahan nəticələri açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı elan edilən müsabiqənin test imtahanı mərhələsinin nəticələri bəlli olub.

İdarədən APA-ya verilən xəbərə görə, test imtahanının nəticələri namizədlərin elektron poçt ünvanlarına göndərilib.

Nəticələrə əsasən, test imtahanında iştirak edən 94 namizəddən 22-si 30 sualdan 18 və daha çoxunu doğru cavablandıraraq müsabiqənin müsahibə mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin müsahibə mərhələsinə 13.06.2024-cü il tarixindən start veriləcək.

Müsahibənin vaxtı haqqında məlumat öncədən namizədlərin qeydiyyatdan keçdikləri elektron poçt ünvanlarına göndərilib.

Qeyd edək ki, müsahibə zamanı namizədlərin vəzifə üzrə nəzəri bilikləri və fərdi səriştələri nəzərə alınacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
1
apa.az

4Sources