EN

Bakı Fond Birjasında AccessBank QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

®11 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AccessBank” QSC-nin buraxılış həcmi 2,500,000 (iki milyon beş yüz min) ABŞ dolları olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.

“AccessBank” QSC -nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 14 Iyun 2024-cü il tarixində həyata keçiriləcək.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı“ACCESSBANK” QSC
Dövlət qeydiyyat nömrəsi – İSİNAZ2006004280
İstiqrazın növü və formasıİstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsuluRəqabətli hərrac
İstiqrazın sayı2500 (ədəd)
İlkin ticarət qiyməti1,000 ABŞ dolları
Buraxılış həcmi2,500,000 ABŞ dolları
İllik gəlirlilik faizi6%
Ödəmə PerioduHər 3 ayda bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti18 ay
Ticarətə buraxılma tarixi14.06.2024
Anderrayter“Unicapital İ.Ş” ASC

 

Chosen
101
24
banker.az

10Sources