EN

Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı. Trend:

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar respublikaərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalarəhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildətəmin edilməsi üçün 14-19 iyun tarixlərində gücləndirilmiş işrejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə AzərbaycanYerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, AYNA şəhərlərarası və rayonlararası marşrutlarüzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindənfasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardantariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyatakeçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısınınalınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkətqrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal vəavtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərindəsərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılanavtobusların intervalına, sürücülərin sərnişindaşımadatəhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarətolunacaq.

Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi saydaəlavə avtobus buraxılması təmin ediləcək.

Vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədənsatış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edəbilərlər.

Qeyd edək ki, hazırda “biletim.az” portalında 45 şəhər və rayona68 istiqamət üzrə bilet almaq mümkündür.

Chosen
82
41
az.trend.az

10Sources