EN

"ABŞ Qəzzada müharibədən sonrakı planı təqdim edəcək"

ABŞ dövlət katibi Antoni Blinken Yaxın Şərqə səfəri çərçivəsində bu gün Qətərin paytaxtı Dohada danışıqlar aparıb.

News24.az xəbər verir ki, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani görüşdən sonra Dohada Blinkenlə birgə mətbuat konfransı keçirib.

Al Thani açıqlamasında Qəzzada müharibənin sona çatması üçün açıq və qəti bir çağırış olduğunu bildirib və deyib:

“Son vaxtlar bu münaqişədə dəyişikliyin şahidi oluruq. Bu müharibəyə son qoymaq üçün aydın və birmənalı çağırış var".

Blinken isə HƏMAS-ın atəşkəs üçün masa üzərində olan təklifə bir çox dəyişiklik təklif etdiyini ifadə edərək, "Həmasın bəzi təklifləri daha əvvəl qəbul etdiklərini aşır" deyib.

Blinken verdiyi açıqlamada "Sazişin bitməsinin və atəşkəsin başlamasının vaxtıdır" deyib.

Blinken həmçinin, “Həmas atəşkəsə “yox” deməyə davam edərsə, Qəzzada müharibəni davam etdirmək üçün seçim etdikləri bəlli olacaq” deyib.

Tərəfləri razılığa gəlməyə məcbur etməyə davam edəcəklərini vurğulayan Blinken, ABŞ-ın qarşıdakı həftələrdə Qəzzə ilə bağlı müharibə sonrası planını təqdim edəcəyini açıqlayıb.

O, bəyan edib ki, bu plana əsasən, HƏMAS-a bölgənin gələcəyi ilə bağlı qərar verməyə icazə verilməyəcək.

HƏMAS və İsrail arasındakı mübahisələrdə körpü qurmağı hədəflədiklərini ifadə edən Blinken, boşluqların doldurula bilməyəcəyinə ümid etdiklərini ifadə edib.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
news24.az

1Sources