EN

Türkiyədə dörd şəhərdə meşə yanğını baş verib

Bakı,TurkicWorld:

Çanakkale, İstanbul, Muğla və İzmirdə meşə yanğını baş verib.

TurkicWorld xəbər verir ki, İstanbul və Muğlada yanğın nəzarət altına alınarkən, Çanakkale və İzmirdə yanğınlara qrupların müdaxiləsi davam edir.

Qeyd edək ki, son zamanlarda Türkiyədə istilər səbəbilə bir çox şəhərlərdə meşə yanğınları baş verir. Bəzi şəhərlərdə meşələrə giriş qadağan edilib.

Chosen
165
turkic.world

1Sources