EN

Bakıda dünyaca məşhur “Castolin Eutectic” şirkətinin seminarı keçirilib

Bakıda
Cari ilin 11-12 iyun tarixlərində Azərbaycanda ilk dəfə dünya səviyyəsində tanınmış “Castolin Eutectic” şirkətinin seminarı keçirilib. Tədbir “Castolin Eutectic” şirkətinin Azərbaycanda rəsmi partnyoru olan “PROFIX MMC” şirkətinin təşəbbüsü ilə keçirilib.
“Hyatt” hotelində keçirilən seminar, neft və qaz sənayesində aşınmaya qarşı həllərə, təmir və texniki xidmət qaynaq tətbiqlərinə həsr edilmişdir. Neft və qaz sektorunda istifadə olunan məhsullara və onların tətbiqi barədə bu sahədə mütəxəssis olan Bengt Larsson və Laslo Ekres tərəfindən ətraflı məlumat verilib. Raşıt İçyer, Memet Salman və Cihan Gürses Castolin “Eutectic”in tarixi, “Castolin Eutectic” həlləri, təmir və texniki xidmət üçün tətbiqləri, yüksək yük və aşınma şəraitində qaynaq və püskürtmə üsulları barədə geniş təqdimat etdilər. Tədbirdə Azərbaycanın 20-dən çox aparıcı şirkətlərin nümayəndələri iştirak etmişdir. Xatırladaq ki, “PROFIX” MMC 2018-ci ildə təsis edilmiş və 2019-cu ildən Balaxanı Sənaye Parkın rezidenti kimi fəaliyyətə başlamışdır. Şirkətin fəaliyyətinin əsas istiqaməti müxtəlif qaz-termik püskürtmə üsulları ilə səthlərin bərpası, sənayedə istifadə olunan müxtəlif növ fırlanan avadanlıqların təmiri, xüsusi növ qaynaq xidmətlərinin göstərilməsindən ibarətdir. Tədbirdə istifadə edilən təqdimatı əldə etmək üçün [email protected] ünvanına və ya +994 55 2072813 telefon nömrəsinə müraciət edə bilərsiz.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
1
1news.az

2Sources