EN

Sertifikasiyadan keçməyən müəllimlərin əksəriyyəti korrupsiyanın nəticəsində işə götülüb – Ekspert

Bu gün təkrar setifikasiyadan keçməyən müəllimlər hər kəs tərəfindən müəyyən qınaqlara səbə olub. Belə müəllimlərin orta məktəblərdə işlə necə təmin olunmaları da sual doğurur.

Mövzu ilə bağlı Herbiand.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlu bu müəllimlərin əksəriyyətinin korrupsiyanın nəticəsində işə götüldüyünü iddia edir:

“Rüşvət verib işə düzəlib. Çünki o müəlimlərin çoxusu MİQ-dən keçməyib. O zaman təhsil şöbəsinin yarıtmaz siyasət nəticəsində bu yerə gəlib çıxıb. Amma bir qismi isə rüşvət əsasında deyil, sosial qayğı nəticəsində müəllim fəaliyətinə başlayıb. Qarabağ işğal olunduqdan sonra doğma torpaqlarından didərgin düşən müəllimlərin işlə təmini mütləq keçirilməli idi. Və yaxud şəhid xanımı işlə təmin olumalı idi. Yəni məsələnin bir tərəfində də sosial qayğı dayanır”.

Ekspertin sözlərinə görə, sertifikasiyanın keçirilməsində məqsəd biliyi və bacarığı yüksək olan müəllimlərin orta məktəblərdə fəaliyyətini təmin etməkdən ibarətdir:

“Artıq sadaladığım səbəblərdən müəllim kimi fəaliyyət göstərməyin zamanı deyil. Gələcək bizə daha savadlı müəllim heyətinin cəlb olunmasını diktə edir. Yəni bu gün bizi uşaqlarımızın gələcəkdə daha savadlı, bilikli, yüksək potensiala malik gənc kimi yetişdirilməsi məsələsi maraqlandırır. Hansı valideyn istəyər ki, uşağına savadsız bir müəllim dərs desin. Təbii ki, bu getdikcə müəyyən narazılıqlara da gətirib çıxaracaqdı. Saxta diplomla işləyən müəllimlər də çox təəssüf ki, var. Lakin bu gün çox yüksək savada malik gənclərimiz var ki, qırmızı diplomla universitet bitirib. Amma hələ də işlə təmin olunmayıblar. Yəni məktəblərdə yer yoxdur ki, onlar fəaliyyət göstərsinlər. Sertifikasiya belə gənclərin işə düzəlməsində çox mühüm rol oynayacaq”.

Ekspert keçən il sertifikasiyadan keçməyən müəllimlərin əksəriyyətinin də məktəblərdən uzaqlaşdırılmadığını vurğuladı.Qeyd etdi ki, onlar da məktəblərdə digər işlə təmin olundular.

Elnurə İSAXAN

  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
herbiand.az

1Sources