EN

Bu halda boşanmaların sayı azala bilər – Sosioloqdan TƏKLİF

Son zamanlar uşaqlarda aqressiv hallar artıb. Məktəblərdə bıçaqlanma halları və yeniyetmələr arasında mübahisələr bunu sübut edir. Bəs bunun səbəbi nədir. Valideyn uşaqları ilə düzgün münasibət qura bilirmi?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Ednews-a açıqlaması zamanı deyib ki, hər bir insanın, xüsusilə uşaqların davranışının formalaşmasında 4 mühüm amil təsir edir:

“İlk amil insanın fərdi xüsusiyyətləri, yəni öz milli xüsusiyyətlərindən irəli gələn xarakterlərdir. Azərbaycan xalqı öz xarakteri etibarı ilə tarix boyu həmişə mülayimdir. Həmişə nizamlı, intizamlı, öyüd-nəsihətə qulaq asan olub. Yəni tarix boyu həm də bu faktor tarixən bizim xeyrimizə olub.

İkinci faktor kimi sosioloq insanın böyüyüb yetkin yaşa çatdığı mühiti qeyd edib. “Ailələrdə çox böyük gərginlik var. Evlənən cütlüklərdən ikisindən biri boşanırsa, bu o deməkdir ki, evdə də ən azı yerdə qalan 50 faizdən bir 25 faiz də evdə də davalar olur. Demək 80 faizdən artıq ailədə gərginlik var.

Bu gərginlik olduğuna görə təbii ki, uşaqlarda aqressiya artması normaldır. Biz çalışmalıyıq ki, hər məhəllə üzrə sosial iş xidməti olsun və bu sosial iş xidmətində işləsin. Adamlar tək diplomuna görə götürülməməlidir. Bunlar sifariş ilə universitetlərdə dörd il hazırlanmalıdır. Bu işçilər məhəllələrdə, ailələrin vəziyyəti, uşaqların vəziyyəti, insanların bir birinə münasibəti, bu sosial işçilərin deyək ki, yumşaq nəzarəti altında olsun”.

O qeyd edib ki, belə olan halda sosial işçilər evdə yaranan gərginliyin qarşısını ala da bilər. Boşanmaların da sayı azala bilər. Yəni evlənənlərə məsləhət də verə bilər.

Sosioloq indiki vaxtda cəmiyyətdə gərginlik artdığı üçün həqiqi sosial işçiyə böyük ehtiyacın önəmini vurğulayıb. Ona görə bizim bu dəqiqə ölkənin qarşısında duran ən mühüm məsələlərdən biri savadlı,  həqiqi sosial işçilər hazırlamaq və sosial iş xidmətləri hazırlamaq lazımdır. Məktəb direktoru savadlı müəllim ola bilər amma sosial işçi deyil. Bu da vəziyyəti çətinləşdirir”.

Nərgiz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
112
ednews.net

1Sources