EN

“Qalstanyan siyasi proseslərdə öz şansını yoxlamağa cəhd göstərib“- Xəyal Bəşirov

"Ermənistandakı etirazlar yekun sülhü gecikdirməyə hesablanır"

Politoloq Xəyal Bəşirov bunu News365.az-a açıqlamasında deyib. 

"Vətən naminə Tavuş hərəkatı yarandığı gündən iflasa uğrayıb. Çünki burda vətən naminə və yaxud Ermənistan xalqının maraqları istiqamətində hər hansı bir addımdan söhbət gedə bilməz. Söhbət hakimiyyət uğrunda mübarizədən gedir. Vətən naminə Tavuş hərəkatı adlandırılan bu prosesin önündə gedən Baqrat Qalstanyan başda olmaqla onun ətrafında olan şəxslərin heç biri Qarabağ müharibəsində aktiv şəkildə iştirak etməyiblər. Eyni zamanda dini fəaliyyətində heç bir uğur əldə etməyən Qalstanyan siyasi proseslərdə öz şansını yoxlamağa cəhd göstərib. Onların ilk gündən atdığı addımlar, səsləndirdikləri bütün fikirlər papilst fikirlərdir və Ermənistan cəmiyyətinin əvvəlki revanşist qüvvələrin aldatdığı kimi yenidən aldatmaq cəhdləri göstərirlər. Bu günə qədər onlar erməni cəmiyyətinə heç bir platforma təqdim etməyiblər, hər hansı bir strategiya təqdim etməyiblər. Nikol Paşinyanın yürütdüyü siyasətdən fərqli olan nə təqdim edəcəklər, hansı siyasəti yürüdəcəklər, eyni zamanda bu gün Cənubi Qafqazda Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsindən sonra formalaşan reallıqlarla bağlı hansı addımları atacaqlar"- deyə fikirlərini bildirib. 

Vəfa Vəliyeva, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
news365.az

1Sources