EN

Niderland bu yay F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verəcək

Niderland bu yay F-16 döyüş təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır.

"Operativ Media" xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren bildirib.

Nazir Ukraynanın ilk olaraq Danimarkadan təyyarə alacağını deyib.

Onun sözlərinə görə, tərəflərin razılaşdırdığı plana uyğun olaraq infrastruktur və texniki kadr hazırlığı davam edir. Ollonqren F-16-ların münaqişənin gedişatını dəyişməyəcəyini də vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources