EN

Seçkilərdə hansı deputatlar mandatı ilə vidalaşacaq? – ŞOK SİYAHI

Bu gün Azərbaycanın daxili siyasətində gündəmi zəbt edən əsas məsələlərdən biri növbəti parlament seçkilərdir.

TEMPİNFO xəbər verir ki, hazırda seçkinin vaxtında, vaxtından əvvəl və ya sonra keçirilməsi haqqında ən müxtəlif fikirlər eşidilməkdədir. Seçkinin vaxtı ilə yanaşı, digər ən əsas və hamını maraqlandıran məsələ Milli Məclisin yeni tərkibində hansı dəyişikliklərin olmasıdır.

Neçə deputat mandatı ilə vidalaşmalı olacaq?

TEMPİNFO xəbər verir ki, yeni adlar bəlli olmasa da, hansı dairələrdən yeni deputatların seçiləcəyi ilə bağlı ilkin məlumatlar mövcuddur.

İndi hansı dairələrdən yeni deputatların seçiləcəyini oxuculara təqdim edirik. Düzdür, artıq həmin dairələrin bir çoxu 2020-ci ildə nəticələri ləğv edildiyindən, bir qismi dünyasını dəyişdiyindən və ya mandatdan məhrum edildiyindən boşdur.

Təqdim edəcəyimiz siyahıda adı keçənlərin yenidən seçkiyə qatılmayacağı və mandatı ilə vidalaşacağı ehtimal olunur:

1 saylı Şərur-Sədərək seçki dairəsindən – Vasif Talıbov.

2 saylı Şərur seçki dairəsi – İsa Həbibbəyli.

3 saylı Babək–Kəngərli-Naxçıvan seçki dairəsi – Səttar Möhbalıyev.

4 saylı Naxçıvan şəhər seçki dairəsi – Eldar İbrahimov.

5 saylı Şahbuz-Babək seçki dairəsi – Novruzov Siyavuş – onun qalıb-qalamaması hazırda YAP-da ciddi müzakirə olunur.

7 saylı Ordubad-Culfa seçki dairəsi – Cəbi Quliyev.

10 saylı Binəqədi üçüncü seçki dairəsi – deputat Madər Musayev – rəhmətə gedib.

11 saylı Qaradağ seçki dairəsi – Hüseynov Aydınında seçkiyə qatılıb-qatılmaması məsələsinə partiyada baxılmaqdadır.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi – Səbinə Xasayeva.

13 saylı Xəzər-Pirallahı seçki dairəsi – Əliyev Raufun da seçkiyə qatılmayacağı ehtimalı böyükdür.

16 saylı Yasamal ikinci seçki dairəsi – Qədirli Erkin – etimadı doğrultmadığından yenidən seçilməyə bilər.

18 saylı Nərimanov-Nizami seçki dairəsi – Musabəyov Rasim.

23 saylı Nəsimi-Səbail seçki dairəsi – Səmədzadə Ziyad – yaş həddi ilə bağlı.

25 saylı Nizami ikinci seçki dairəsi – Vəliyeva Sədaqət.

27 saylı Sabunçu ikinci seçki dairəsi – Salahzadə Əliabbas Qalib oğlu – etimadı doğrultmadığından.

28 saylı Sabunçu üçüncü seçki dairəsi – Quliyev Eldar – getmə ehtimalı çox böyükdür. Yaş həddinə görə,  son qərarı YAP verəcək.

32 saylı Suraxanı üçüncü seçki dairəsi – Həsənova Afət.

33 saylı Xətai birinci seçki dairəsi – mandatdan məhrum edilən Mirələmov Hüseynbala.

34 saylı Xətai ikinci seçki dairəsi – Zabelin Mixail – Onun yerinə rus icmasından əlavə namizəd olmasa, qalma ehtimalı var.

39 saylı Kəpəz birinci seçki dairəsi – Cəfərov Müşfiqin də dəyişmə ehtimalı var. Gəncədən hansısa bir yerin proporsional əsasında digər siyasi partiyalara və ya müstəqlillərdən birinə verilməsi gözlənilir.

41 saylı Sumqayıt birinci seçki dairəsi – Hüseynova Hicran.

43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Hacıyev Emin.

45 saylı Abşeron seçki dairəsi – Əsədov Oqtay.

47 saylı Mingəçevir seçki dairəsi – Mirzəzadə Aydın. Bu şəxs barədə də son qərarı YAP verəcək.

48 saylı Yevlax seçki dairəsi – Məmmədov İlham.

50 saylı Abşeron-Qobustan seçki dairəsi – Seyidzadə Şahin. O, başqa işə keçdiyindən mandatdan imtina edib.

51 saylı Qusar seçki dairəsi – Badamov Azər. Onun Qusardan yenisi ilə əvəzlənməsi gözlənilir. Artıq bir neçə nəfərin adı hallanır.

52 saylı Quba seçki dairəsi – Əhmədov Vahid – yaş senzi ilə bağlı.

55 saylı Xaçmaz şəhər seçki dairəsi – Səlimov Eldəniz – həbs edildiyindən mandatdan  məhrum edilib.

59 saylı Salyan seçki dairəsi – Əhmədova Jalə

60 saylı Salyan-Neftçala seçki dairəsi – Ağamalı Fəzail – çox ehtimal olunur. Əgər “varisi” ilə razılaşdırılarsa  gedəcək.

61 saylı Neftçala seçki dairəsi –  Rüstəmxanlı Sabir namizədliyini digər dairədən vermək niyyətindədir.

64 saylı Sabirabad ikinci seçki dairəsi – Məmmədov Ramin – başqa işə keçdiyinə görə.

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi – Əmiraslanov Əhliman – yaş həddi ilə bağlı.

67 saylı Cəlilabad şəhər seçki dairəsi – Həsənov Malik.

70 saylı Masallı şəhər seçki dairəsi – Məmmədov Məşhur – bu dairədən yeni namizədin olması gözlənilir.

73 saylı Lənkəran şəhər seçki dairəsi – Quliyev Rüfət.

74 saylı Lənkəran kənd seçki dairəsi – Mərhum Rəcəbli Hadı seçilsə də nəticə ləğv edilib. Bu dairə boşdur.

75 saylı Lənkəran-Masallı seçki dairəsi – Paşazadə Cavanşir – onun yerinə yeni namizəd gözlənilir.

78 saylı Lerik seçki dairəsi – Məmmədov İqbal.

80 saylı İmişli-Beyləqan seçki dairəsi – nəticəsi ləğv edilib.

86 saylı İsmayıllı seçki dairəsi – Aslanov Novruzəli.

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi – Kərimli Tahir – onun yerinə müxalifətin digər namizədlərindən olan birinin seçkidə iştirak edəcəyi gözlənilir.

88 saylı Göyçay seçki dairəsi – Hacıyev Sabir.

89 saylı Göyçay-Ağdaş seçki dairəsi – Əfəndiyev Məzahir.

90 saylı Ağdaş seçki dairəsi – Osmanov Cavid.

92 saylı Zərdab-Ucar seçki dairəsi – Əliyeva Jalə.

103 saylı Gədəbəy seçki dairəsi – Hüseynova Sevinc – bununla da bağlı son qərarı YAP verəcək.

105 saylı Tovuz seçki dairəsi – bu dairdən seçilən mərhum Paşayeva Qənirənin yerinə yenisi seçiləcək.

106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi – Ağayeva Ülviyyə.

108 saylı Ağstafa seçki dairəsi – Cəfərov Nizami.

109 saylı Balakən seçki dairəsi – Məhəməliyev Nəsib. Bölgədə ona adekvat namizəd olacaqsa, seçkidə iştirak etməyəcəyi gözlənilir.

110 saylı Zaqatala seçki dairəsi – Musayev Elşən.

111 saylı Zaqatala-Balakən seçki dairəsi – Əliyeva Kamilə.

112 saylı Qax seçki dairəsi – Kərimli Azər – özü getmək arzusundadır.

113 saylı Şəki şəhər seçki dairəsi – İskəndərov Vüqar.

116 saylı Qəbələ seçki dairəsi – Heydərov Fəttah – rəhmətə gedib.

117 saylı Oğuz-Qəbələ seçki dairəsi – Naxçıvanlı Aqiyə – yaş həddinə görə.

119 saylı Ağdam kənd seçki dairəsi – Sadıqov Bəxtiyar.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsi – Məmmədov Elmanın seçkidə iştirak etməməsi gözlənilir.

125 saylı  Zəngilan-Qubadlı seçki dairəsi – İmamverdi İsmayılov – özü istəmir.

Məsələ ilə bağlı TEMPİNFO-ya danışan siyasi şərhçi və parlament jurnalisti Mürtəza Bünyadlı bildirib ki, ümumiyyətlə, praktika onu göstərir ki, hər çağırış seçkilərdə parlamentin tərkibində dəyişiklər olub və bundan sonra da olacaq: “Çünki seçkinin taleyini həll edən seçicidir. Etmidadı doğrultmayanlar yeniləri ilə əvəzlənir. Amma bununla belə, seçki qanunvericiliyinin də  tələbləri mövcuddur. Növbəti seçkilərdən gözləntilərə gəldikdə isə demək olar, bütün maraqlı qüvvələrin diqqəti bu prosesə fokuslanıb. Hamı ciddi dəyişikliklər gözləyir. Seçkidə ciddi dəyişikliklərin baş verməsi, seçki elan oldunuqdan və namizədlərin qeydiyyatından sonra bəlli olacaq.Lakin dəyişikliyin olacağı da qaçılmazdır və bu, mütləq olacaq. Birincisi, parlametdə çoxluq təşkil edən hakim YAP-ın növbəti seçkidə uğur qazanmaq üçün mövcud vəziyyəti dəyərləndirib ona uyğun addım atacağı gözləniləndir və bu olacaq. Biz YAP-ın bu təcrübədən istifadəsinə bundan öncəki seçkilər zamanı da şahidi olmuşuq. O baxımdan dediyiniz siyahı haradasa reallığa uyğundur. Çünki siyahıda adı çəkilən şəxslərin bir qismi YAP-ın deputatıdır və onlar partiyanın qərarı ilə seçkilərə qatılaraq deputat mandatı qazanıblar. Növbəti seçkilərdə digər deputatlarla bağlı sürpriz qərarlar verilə bilər və adını çəkdiyiniz şəxslərin bəzisinə isə etimad göstərilə bilər. Bu ancaq və ancaq YAP-ın verəcəyi qərardan asılı olacaq.

Müstəqil və digər siyasi partiayalara gəldikdə isə bu seçicinin verəcəyi qərardan asılı olacaq. Amma istənilən halda yeni tərkib parlamentdə ciddi dəyişikliklərin olması qaçılmazdır. Sürpriz qərarlar verilə bilər və adını çəkdiyiniz şəxslərin bəzisinə isə etimad göstərilə bilər”.

TEMPİNFO 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
tempinfo.az

1Sources