EN

Avtomobilin salonunda qalan suyu içmək olarmı?

Yay gəlib, sürücülərin çoxu avtomobildə su gəzdirir. Avtomobildə qalan su çox vaxt qızsa da, bir çox sürücü və sərnişin buna əhəmiyyət vermir. 

Avtosfer.az xəbər verir ki, avtomobil salonunda qalan plastik qablaşdırmadakı su çox təhlükəlidir. İsti havada su qızır və plastik qabdakı bisfenol adlı maddə suya keçir. Bu maddə orqanizm üçün təhlükəlidir. 
İsti havaya görə suyun tərkibindəki mikroblar da artır. 
Bir sözlə, isti havada maşında qalmış suyun istifadəsi orqanizmə yalnız ziyan verə bilər.

Vüqar Yaşaroğlu

Chosen
116
avtosfer.az

1Sources