EN

189 sərnişin 50 dərəcə reaktiv təyyarədə sıxışıb qaldı

Türkiyədə 189 nəfər sərnişin Antalyadan Münsterə (Şimali Reyn - Vestfaliya) uçmaq istədikləri zaman dəhşətli saatlar yaşayıblar.     Manset.az xarici mediaya istinadən xəbər verir ki, təyyarədə kondisioner havaya qalxmazdan əvvəl sıradan çıxıb və sərnişinlər tempraturu 50 dərəcə olan salonda saatlarla qalmaq məcburiyyətində qalıblar. Bu zaman azyaşlı uşaqlar üçün vəziyyət daha da təhlükəli hal almağa başlayıb.  Kiçik -“Uşaqların səsi getdikcə ucalırdı, hamının suyu axırdı. Vəziyyət çox çətin idi.Ata və qadın övladlarının ölümündən qorxurdular. Panika hamıya yayılırdı”, -deyə sərnişinlər qeyd ediblər. Belə vəziyyət təxmini bir saat davam edib. Daha sonra sərnişinlərə təyyarəni tərk etmək üçün icazə verilib və onları başqa bit təyyarə ilə təmin ediblər. Ümumilikdə isə onların uçuşu dörd saat ləngiyib.   Fidan Əliyeva

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
manset.az

1Sources