EN

Elektrik avtomobillərinin ən böyük problemi həllini tapır

Elektrik

Elektriklə işləyən avtomobillərdə böyük problemə çevrilən əsas çatışmazlıqlar aradan qaldırılacaq. Bundan sonra bu avtomobillərin ləng işə düşmək problemi olmayacaq, çünki bir neçə dəqiqə ərzində enerji yığa biləcəklər.

Reyting.az
xəbər verir ki, bu barədə avtomobil şirkətlərinə məxsus saytlar yazıb.

Avtomobil dünyasındakı müasir kəşflər və yeniliklərlə bağlı maraqlı məlumatlar paylaşan “Lotuscar.com" yazıb ki, "Lotus Emeya" bu yaxınlarda bazarda sürətlə doldurulan elektrik avtomobili seçilib. Uzun illərdən sonra belə bir nailiyyət bu avtomobil şirkəti üçün böyük uğur deməkdir.

"P3 Group Konsaltinq" şirkətinin illik "Charging Index" araşdırmasının bir hissəsi olaraq aparılan tədqiqatlara görə, "Lotus Emeya" 14 dəqiqə ərzində 10-dan 80 faizə qədər şarj etməyi bacarıb.

Xatırladaq ki, "Lotus Emeya" avtomobili 102 kVt/saatlıq akkumulyator ilə təchiz edilmiş 905 at gücünə malik elektrik güc aqreqatına malikdir. Bildirilir ki, testdə iştirak edən modellərin hamısı Asiyada satın alına bilər.

Ötən illərdə Avropada, eləcə də ABŞ-da aparılmış araşdırmalarda əvvəlki qaliblər arasında "Lucid Air GT" kimi avtomobillə bərabər "Porsche Taycan" və "Mercedes EQS", həmçinin "Kia EV6" kimi modellər olub. Bununla belə, onların hamısı "BMW i7", həm də "Tesla Model Y Long Range" kimi hazırkı güclü rəqiblərini əhəmiyyətli dərəcədə üstələmiş "Lotus"-a uduzublar.

Mütəxəssislərin sözlərinə görə, bu sınaq heç də laboratoriya şəraitində aparılmayıb və tək məqsəd faktiki olaraq avtomobildəki şarj səmərəliliyini yoxlamaq olub. Onların müqayisəsinə görə, avtomobillərin hamısı 400 kVt-a qədər gücə malik olan ictimai kombinə edilmiş şarj sistemi "Tip 1", "Tip 2" doldurma stansiyalarında, ancaq yeni model "Tesla" isə "V3 Superchargers" ilə doldurulmuş olsa belə, yenə də doldurma batareya tutumunun 10 faizdən 80 faizə qədər həyata keçirilib. Bu da növbəti bir sınaq olmaqla yenə "Lotus Emeya"-nın üstünlüyünü sübut edib.

Testlər zamanı bir daha aşkar edilib ki, "Lotus Emeya"-nın "XPENG G9" istisna olmaqla, digər rəqiblərindən əhəmiyyətli dərəcədə yaxşı olan 331 kVt orta sürət ilə 402 kVt-a qədər doldurma sürətinə çətinlik çəkmədən nail ola bilib.

Mütəxəssislər qeyd ediblər ki, bu test davam etdikcə, tədricən doldurma sürəti də azalır, buna baxmayaraq, yenə rəqiblərinkindən çox əhəmiyyətli və yüksək dərəcədə üstün olaraq qalır.

Məlumata görə, "Tesla" 229 kVt gücə çatır, sonra isə orta hesabla 141 kVt-a, ancaq rəqib "Hyundai IONIQ 6" isə 235 kVt-a enir və sonra orta hesabla sürət 184 kVt-a düşür. Digər maşın modelləri isə qarışıq nəticələr göstərir.

Ümumilikdə, "Emeya" 20 dəqiqəlik enerji doldurma müddətində gediş məsafəsini 455 km artıra bildiyi halda, ona ən güclü rəqib hesab edilən "EQS" isə eyni vaxtda 370 km məsafəni artırmağı bacarır.

Mütəxəssislərin fikrincə, keçirilmiş testlər zamanı seçilmiş bütün avtomobillərin bir çoxu demək olar olar ki, yaxşı çıxış edib.

Böyük Britaniyanın avtomobil sənayesinə məxsus olan və çox məhşur brend kimi tanınıb sevilən "Lotus Emeya"-nın ən güclü, həmçinin ən layiqli rəqibi məhz "Hyundai IONIQ 6" ola bilər. Çünki bu avtomobil də ən az enerji sərf edən maşın hesab olunur və bu ona daha böyük batareyaları olan avtomobillərlə rəqabət aparmağa imkan verir.

Oqtay QORÇU
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
reyting.az

1Sources