EN

“İstənilən halda sülh müqaviləsi imzalanmalıdır” - Paşinyan

“Praktik addımlarla real sülh yaratmaq, sonra isə yalnız saziş imzalamaq mümkündür. Lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır”.

Missiya.Az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə müsahibəsi zamanı deyib.

Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, eləcə də sərhədin delimitasiyasını tamamilə mümkün sayır.

Xatırladaq ki, ötən həftə Ermənistan Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, İrəvan bir ay ərzində Bakı ilə sülh sazişini yekunlaşdırmağa və imzalamağa hazırdır.

Daşqın HəsənovMissiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
missiya.az

1Sources