Türkiyənin Çanaqqala şəhərində mayın 11-i saat 00:30 radələrində baş verən yol qəzasından sonra hadisəni törədən sürücü avtomobili ilə ərazidən uzaqlaşıb. Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, polis qrupları qısa müddətdə hadisə yerindən qaçan 2 nəfər şübhəlini tutaraq avtomobildən çıxarıb və qeyri-mütənasib güc tətbiq edərək onları döyməyə başlayıb. Küçədə baş verən hadisə mobil telefon kamerası ilə lentə alınıb. Görüntülərlə bağlı başlanmış istintaq çərçivəsində polis məmurları vəzifəsindən kənarlaşdırılıb. Barələrində məhkəmə-inzibati istintaq başladılan polis əməkdaşlarından biri həbs edilib, digəri isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.