EN

Ərdoğanın Şuşaya səfər tarixi açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər tarixi açıqlanıb.

NOCOMMENT.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə lideri iyulun 6-da Şuşaya səfər edəcək.

Xatırladaq ki, iyulda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. İyunun 10-da Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya səfəri zamanı Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirib.

Chosen
153
9
nocomment.az

10Sources